Avropa Birliyinin Azərbaycandakı səfiri Mariyana Kuyunciç Azərbaycan dilini öyrənmək niyyətində olduğunu bildirib.
"Bakupost" xəbər verir ki, bununla bağlı video 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi tərəfindən Feysbuk sosial şəbəkəsində paylaşılıb.
"1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Avropa Birliyinin səfiri Mariyana Kuyunciç bu zəngin dili öyrənməyə başlayıb. Bu videonu sizinlə bölüşürük”, - paylaşımda qeyd olunub.
Paylaşıma əlavə olunmuş videoda diplomatik missiyanın rəhbəri auditoriyaya Azərbaycan dilində müraciət edir.