Ru
14:36 / 19 May 2026

“Avroviziya”da niyə sonuncu olduq? - Maraqlı səbəb

“Avroviziya”da niyə sonuncu olduq? - Maraqlı səbəb
Eye

Azərbaycan təmsilçisi Cəmilə Həşimova Avstriyanın paytaxtı Vyanada keçirilən Avroviziya Mahnı Müsabiqəsində 15 ölkənin yarışdığı ikinci yarımfinalda sonuncu, 15-ci yeri tutub.

"Just go" mahnısı ilə səhnəyə çıxan təmsilçimizə cəmi 2 xalı Bolqarıstan verib. Hətta 14-cü yeri tutan Ermənistan da bizdən xeyli çox səs toplayıb - 49 səs.

Ümumiyyətlə, son illərin təcrübəsi göstərir ki, Azərbaycan təmsilçiləri ildən-ilə bu yarışmada daha zəif nəticələr göstərirlər.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Bakupost.az-a bildirib ki, əldə edilən zəif nəticə Azərbaycanda belə bir yarışmaya marağın itməsilə əlaqədardır:

“Təmsilçimizin kompozisiyasını dinlədim. Pis deyildi. Kifayət qədər uğur qazana biləcək kompozisiya idi. Amma görünən odur ki, prosesə əvvəlki illərdə olan maraq yoxdur”.

Deputatın fikrincə, bu beynəlxalq yarışmanın müəyyən dərəcədə həm də siyasiləşmiş yarışma olduğunu artıq hər kəs anladığından, əhəmiyyəti də azalır:

“Tədbirdə zəif iştirakımızın səbəbi əsasən məhz bundan qaynaqlana bilər. Burada başqa motiv axtarmaq fikrimcə, yersizdir”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar