Ru
11:37 / 21 Noyabr 2025

Avtobus sürücüləri 40 manat cərimələnə bilər – Zolaqla bağlı yeni qayda

Avtobus sürücüləri 40 manat cərimələnə bilər – Zolaqla bağlı yeni qayda
Eye

Yollarda çəkilən avtobus zolaqları ictimaiyyət arasında ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Bu zolaqların tıxacları daha da artırdığı iddia olunur. Son günlərdə sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi avtobus sürücülərinin məhz bu zolaqlardan istifadə etməməsi digər sürücülər arasında narazılığa səbəb olub. Belə ki, vətəndaşlar bildirirlər ki, əgər digər nəqliyyat vasitələrinin avtobus zolağına daxil olması qadağandırsa, avtobus sürücüləri də yalnız həmin zolaqla hərəkət etməlidirlər. Əks halda, onlar da qayda pozuntusuna görə cərimələnməlidirlər.

Bəs, bu zaman həmin avtobus sürücülərinə cərimə tətbiq olunurmu?

Bakupost.az Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Baş inspektoru Elvin Hacıyev Milli.Az-a açıqlamasında bildirib ki, sərnişinlərin təhlükəsiz və vaxtında ünvana çatmaları üçün paytaxtın müxtəlif küçələrində avtobus zolaqları çəkilib.

Onun sözlərinə görə, digər nəqliyyat vasitələri avtobus zolaqlarına daxil olduqları halda cərimələnsələr də, zolaq ola-ola avtobuslar istədikləri vaxt digər nəqliyyat vasitələrinin yoluna çıxırlar. Bunu isə bəzən məcburiyyətdən etdiklərini deyirlər:

"Bəzi hallarda avtobus zolağı olduğu halda həmin avtobus sürücüləri digər nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş zolaqlarla hərəkət etdikləri hallar müşahidə olunur. Nəzərə almaq lazımdır ki, avtobus zolaqları 1.1 üfüqi nişanlama xətti ilə digər zolaqlardan ayrılır. Avtobusun digər zolağa keçməsi istər- istəməz həmin 1.1 yəni, düz xətt üfüqi nişanlama xəttinin tələbinin pozulmasıdır. Bu zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə əsasən 40 manat məbləğində cərimə edilir".

E.Hacıyev nəzərə çatdırıb ki, avtobus zolağından çıxdığı halda ,istəmədən qayda pozuntusu etmiş olur. Lakin bu onun cərimədən yayınmasına əsas deyil:

“Digər nəqliyyat vasitələrinin avtobus zolağına keçməsinə gəldikdə isə İnzibati Xətalar Məcəlləsinin 327.1-1 maddəsinə əsasən Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun yol verdiyi hallar istisna olmaqla 5.9 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin avtobus zolağında hərəkət etməsinə görə yüz manat məbləğində cərimə tətbiq edilir".


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar