Ru
11:49 / 22 Avqust 2026

Avtoşluq edən sürücü həbs edildi

Avtoşluq edən sürücü həbs edildi
Eye

Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edilib.


"Bakupost" xəbər verir ki, Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə gecə saatlarında idarə etdiyi VAZ markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan N.Əhmədzadə saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə N.Əhmədzadə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar