Ru
12:34 / 20 Avqust 2025

Axtarışda olan şəxsin Ukraynadan meyiti gəldi - FOTO

Axtarışda olan şəxsin Ukraynadan meyiti gəldi - FOTO
Eye

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanəsilli şəxs həlak olub.

Bakupost.az "Unikal"a istinadən xəbər verir ki, Rusiya tərəfindən döyüşlərdə iştirak edən 1986-cı il təvəllüdlü Ruslan Camalov dünyasını dəyişib.

R.Camalovun nəşi ölkəyə gətirilərək Lənkəran rayon Daşdatük kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, R.Camalov yaxınları tərəfindən səkkiz ay idi axtarılırdı. Yaxınlarının verdiyi məlumata görə, R.Camalov Donetskdə gedən döyüşlərdə itkin düşüb.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna Silahlı Qüvvələrinin azərbaycanəsilli hərbçisi, 1990-cı il təvəllüdlü Ruslan Akif oğlu Əliyev 2025-ci il mayın 3-də Volçanskda - Xarkov ərazisində həlak olub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar