Ru
21:23 / 22 İyun 2026

Axtarışına 6 mindən çox insanın toplaşdığı Xizirin meyiti tapıldı - VİDEO

Axtarışına 6 mindən çox insanın toplaşdığı Xizirin meyiti tapıldı -  VİDEO
Eye

İnquşetiyada iyunun 15-də Sunja çayının axınının apardığı 8 yaşlı Xizir Dərbiçevin meyiti tapılıb.


Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsi məlumat yayıb.

“Uşağın meyiti saat 16:50-də aşkar edilib. Nəticədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi Əhməd Yevloyev axtarış-xilasetmə işlərinin yekunlaşdığını rəsmən elan edib”, - məlumatda deyilir.

Qeyd edək ki, Xizir Dərbiçev dostu Adəmi xilas etmək üçün Sunja çayına atılıb. Yaxınlıqda olan başqa bir oğlan kömək istəməyə qaçıb. Adəm xilas edilsə də, Xiziri güclü axın aparıb. İnquşetiya və Çeçenistanda aparılan axtarış əməliyyatlarına xilasedicilər, könüllülər, fövqəladə hallar xidmətinin əməkdaşları və Qafqaz regionundan yerli sakinlər də daxil olmaqla 6 mindən çox insan səfərbər edilib.

Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, dünən Xizirin ad günü idi. Yaşasaydı, 8 yaşını qeyd edəcəkdi.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar