Ru
15:12 / 30 May 2026

Aybəniz Haşımovanın vəsiyyəti

Aybəniz Haşımovanın vəsiyyəti
Eye

Əməkdar artist Aybəniz Haşımova vəsiyyətini açıqlayıb.

Bakupost.az Axşam.az-a istinadla xəbər verir ki, müğənni "Mədəni şou"da qızı Aynişandan söz açıb.

O bildirib ki, tək vəsiyyəti qızı ilə bağlıdır:

"Məni sevənlərə bir vəsiyyətim var: Balamı qorusunlar. Mən hamının balasına dua edirəm. Yanımda nə qədər uşaq var. Onlara ana, ata olmağa çalışıram. Bunun qarşılığında bir istəyim var: Bu dünyadan köçəndə Aynişanı ağlamağa qoymasınlar. Yoxluğumu hiss etdirməsinlər. Mən sağ olanda necə rahat olubsa, elə olsunlar. Əksini görüb o dünyada çatlayaram. Heç vaxt umacağım olmayıb, hər şeyi sevgi ilə gördüm. Bir arzum və vəsiyyətim var - övladımı qorusunlar. Aynişandan rahatam, amma dünyadan yox. Ömürdür, heç kim nədənsə sığortalanmayıb. Mənim səsimi, nəğmələrimi unutsunlar. İllərimi verdim. Buna görə deyirəm, mən Aybənizin bir övladı var. Ona sevgi bəxş etsinlər, bəsdir".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar