Müğənni Rəqsanə İsmayılova Xalq artisti Aygün Kazımovanın ona borclu olduğunu iddia edib.
"Bakupost" “Yeni Sabah”a istinadla xəbər verir ki, Rəqsanə İsmayılovanın sözlərinə görə, Aygün Kazımovanın ifa etdiyi “Hardasan” mahnısı əslində ona məxsusdur.
İfaçı bu barədə qonaq olduğu “1001 şou” verilişində danışıb.
O bildirib ki, mahnıya 3 min dollar ödəyib, lakin mahnını ifa edən Aygün Kazımova bunun qarşılığında ona heç bir hədiyyə, hətta bir ətir belə almayıb.