Ru
18:46 / 04 Sentyabr 2026

Aygünlə Namiq illər sonra yenidən duet oxudular - VİDEO

Aygünlə Namiq illər sonra yenidən duet oxudular  - VİDEO
Eye

Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu illər sonra yenidən duet oxuyublar.

“Bakupost” xəbər verir ki, sənətçilər “Gəlirəm” adlı mahnı üçün bir araya gəliblər.

Qeyd edək ki, Aygün Kazımova və Namiq Qaraçuxurlu uzun illər birlikdə duet oxuyublar. Belə ki, onların ilk əməkdaşlığı 2005-ci ildə “Sevdi ürək” adlı albom ilə başlayıb. Albomda sənətçilərin ifasında 15 mahnı yer alıb.

Onların “Sevirəm”, “Bağlanıram”, “Dedi-qodu”, “Dözmədi qəlbim” , “Mənim deyil”, “Sevdi ürək” və başqa bir çox mahnıları sevilərək dinlənilib və dillər əzbərinə çevrilib.



Şərhlər
  • Zabil

    Çox gözəl

  • Emin Məmmədov

    Super

  • Elvin Nəcəfov

    Super oxudular bir anlıq məni keçmişə aparır bunların duet oxumağı.

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar