Yaponiyanın Utsunomiya şəhərində bir ayının görünməsindən sonra geniş təhlükəsizlik tədbirləri həyata keçirilib.
Bakupost.az xarici KİV-lərə istinadən xəbər verir ki, şəhərdə 94 ibtidai və orta məktəb müvəqqəti olaraq bağlanıb.
Səlahiyyətlilər bildiriblər ki, son vaxtlar ayıların şəhərlərə girməsi halları çoxalıb.
Səlahiyyətlilər vətəndaşlara xəbərdarlıq edib ki, qapı-pəncərələrini bağlı saxlasınlar, ayı görəndə ona yaxınlaşmasınlar və ən yaxın qapalı ərazidə sığınacaq axtarsınlar.
Bilal, BakuPost