Ru
17:53 / 08 İyun 2024

1 ayda 13 milyonluq narkotik dövriyyədən çıxarıldı

1091
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi may ayında “qara bazar”-da dəyəri 13 milyon manat olan 325 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb.

Bu barədə Bakupost.az DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, May ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 31 əməliyyat keçirib. Nəticədə 39 nəfər və 4 mütəşəkkil dəstənin üzvü saxlanılıb. Onlardan 10-u ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan əsas şəxslər olublar. Əməliyyatlarla “qara bazar”-da dəyəri 13 milyon manat olan 325 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, heroin, metamfetamin, tiryək, 3 kiloqram zəhəri maddə olan civə, 2 min ədəd psixotrop tərkibli metadon, tramadol, lirika həbi ələ keçirilib.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılanlar şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən qanunsuz yollarla ölkəmizə göndərilən narkotikləri maddi qazanc müqabilində əldə edərək müxtəlif ünvanlara yerləşdirməli imişlər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri respublikanın bütün bölgələrində fasiləsiz olaraq davam etdirilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər