Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:24 / 29 Noyabr 2024

100-dən az şagirdi olan məktəblərin problemi necə həll olunacaq? - Açıqlama

1599
Ölkədə fəaliyyət göstərən təxminən 4400 məktəbdən1500-də 100-dən az şagird təhsil alır. Bu barədə Elm və Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazirin sözlərinə görə, şagird sayı az olan məktəblərdə bir şagirdə düşən illik xərc çox yüksəkdir, lakin tədrisin keyfiyyəti aşağı səviyyədə qalır.

“Məsələn, cəmi 5 şagirdin oxuduğu bir məktəbdə hər şagird üçün illik xərc 25-27 min manat təşkil edir. Şagird sayı 10-15 nəfər olan məktəblərdə bu rəqəm 13-15 min manatdır ki, bu da bəzi özəl məktəblərin təhsil haqqından daha çoxdur,” - deyə nazir bildirib.

Bəs,100-dən az şagirdi olan məktəblərlə bağlı problem necə həll olunacaq?
Bu məktəblər saxlanılmalı, yoxsa birləşdirilməlidir?

Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, şagird sayı az olan məktəblər digər məktəbin nəzdinə veriləcək



"Şagirdlərin mərkəzləşdirilmiş şəkildə daha böyük məktəblərə köçürülməsi təşkil olunacaq. Bu, təhsil sahəsində dövlət siyasətinin inkişafını təmin edəcək və təhsiin daha keyfiyyətli olmasına şərait yaradacaq".

Ekspert qeyd edib ki, bu prosesə 2026-cı ildən başlanılacaq:

"Azkomponentli məktəblərin daha böyük məktəblərə birləşdirilməsi beynəlxalq təcrübəyə uyğun bir yanaşmadır və narahat olmağa dəyməz. Lakin dövlət, hər bir vətəndaşın təhsil alma hüququnu təmin edir. Ona görə də məktəblərin birləşdirilməsi bu o anlama gəlməməlidir ki, həmin təhsil ocaqları bağlanacaq və oradakı şagirdlərin təhsil almaq hüququ pozulacaq".

Lalə, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar