Ru
12:52 / 30 Sentyabr 2026

Qaçırıldığı deyilən təyyarə ilə bağlı - Şok fakt

Qaçırıldığı deyilən təyyarə ilə bağlı  - Şok fakt
Eye

11:52

BƏƏ-dən Təl-Əvivə uçan "Flydubai" şirkətinə məxsus təyyarə qaçırılma şübhəsi səbəbindən təcili siqnal verib və Səudiyyə Ərəbistanı hava məkanına yönləndirilib.

"Bakupost" xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə, havaya qalxdıqdan təxminən 90 dəqiqə sonra İordaniya hava məkanının sərhədi yaxınlığında sərnişin təyyarəsi ümumi fövqəladə vəziyyəti bildirən beynəlxalq "7700" kodunu, ardınca isə uçuş əməliyyatlarına qanunsuz müdaxilə və ya təyyarəni ələ keçirmə cəhdini ifadə edən xüsusi "7500" kodunu ötürüb.

Bundan dərhal sonra təyyarə Səudiyyə Ərəbistanı ərazisinə doğru istiqamət alıb.

Təhlükə ilə bağlı İsrail təcili şəkildə Hərbi Hava Qüvvələrinin iki qırıcı təyyarəsini havaya qaldırıb. Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrail Katz təcili iclas çağırıblar.

İsrail mətbuatı yazır ki, ölkə rəsmiləri təyyarənin qaçırılmasına dair qəti təsdiqin olmadığını bildiriblər. Yalnız pilot tərəfindən həyəcan siqnalı kodunun işə salınması qeydə alınıb və hazırda araşdırma aparılır.

Təyyarədə 180 sərnişinin olduğu bildirilir.

***

Təyyarənin qaçırılması ehtimalına görə Təl-Əvivin Ben Qurion Beynəlxalq Hava Limanı müvəqqəti olaraq bağlanıb.

***

İsrail mətbuatının məlumatına görə, təyyarə qaçırılmayıb, sadəcə, ekipaj üzvləri arasında zorakılıqla müşayiət olunan hadisə baş verib.

Bildirilib ki, pilotlar təyyarədə bir-biri ilə əlbəyaxa dava ediblər.

Təyyarə Səudiyyə Ərəbistanındakı hava limanlarından birinə enib.

***

İsrailin “Channel 12” telekanalının məlumatına görə, pilotlardan biri rusiyalı, digəri isə ukraynalı olub.

Şərhlər
  • Bəhrampur

    Bir gecədə 90 milyonluq İranın bütün Sərhəd-müdafiə, daxili-mühafizə, sepah, ya hansısa *Kordon* hasarlarını keçib, yüksək vəzifəli hərbi vəzifəlilərini qətlə yetirmiş İsrail Dövlətiinin, Hakimiyyətinin izindən itmək-qaçmaq mümkünmü? İran hakimiyyətiinin həmin hadisədən sonra daim təkrarlanan *Qəti-adekvat kəskin cavab verəcəyik!* əks-hədəsini çoxdan *bizə-İran ölkəsinə və yaxın ətraf (Hörmüz və d.) hüdudlarımıza lütfən, toxunmayın! İran yalnız qarşılıqlı faydalı-razılıqlı münasibətlərin tərəfdarıdır!* bəyanatını yayımlaması reallığa tam uyğun diplomat ifadəsi olardı?

Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar