Ru
20:35 / 21 İyul 2025

17 ildə ilk: ABŞ Britaniyada nüvə silahı yerləşdirdi

17 ildə ilk: ABŞ Britaniyada nüvə silahı yerləşdirdi
Eye

ABŞ 2008-ci ildən bəri ilk dəfə olaraq Böyük Britaniya torpaqlarında nüvə silahı yerləşdirib.

Bakupost.az xəbər verir ki, bu barədə “UK Defence Journal” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, bir neçə B61-12 termonüvə bombası bu həftə Nyu-Meksikodakı Kirtland Hərbi Hava Qüvvələri bazasındakı Hərbi Hava Qüvvələrinin Nüvə Silahları Mərkəzindən Suffolk qraflığındaki hərbi hava qüvvələrinin bazasına köçürülüb.

Bildirilir ki, onlar yeni inşa olunmuş təhlükəsiz anbara yerləşdiriliblər.

ABŞ Müdafiə Nazirliyi və Böyük Britaniya Müdafiə Nazirliyi məsələ ilə bağlı şərh verməyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar