Ru
14:25 / 28 Mart 2024

174 gündə 32 min 552 fələstinli öldü

1307
Qəzzada həyatını itirən fələstinlilərin sayı 7 oktyabr 2023-cü ildən bu yana 32 min 552-yə yüksəlib.

Bakupost.az xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzza zolağına 174 gündür hücumları ilə bağlı məlumat verilib.

İsrail qüvvələrinin Qəzza zolağına qarşı son 24 saatda təşkil etdiyi hücumlarda daha 62 fələstinlinin həyatını itirdiyi, 91 fələstinlinin isə yaralandığı bildirilib.

Oktyabrın 7-dən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 32 min 552, yaralıların sayının isə 74 min 980-ə çatdığı açıqlanıb.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi səbəbindən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.

Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər