Üç gündür nəşi gözlənilən və nəhayət bu gün doğulduğu Astara rayonuna gətirilən şəhidimiz Cəmil Qurbanzadə dəfn olunub.
***
17:03
Ermənilərin 13 sentyabr təxribatlarında şəhid olan Vətən oğullarından biri də Cəmil Qurbanzadədir.
Bakupost.az xəbər verir ki, üç gündür nəşi gözlənilən şəhidimiz bu gün doğulduğu Astara rayonuna gətirilib.
2003-cü il təvəllüdlü Cəmil, evin tək oğlu idi. Onun hərbi xidmətini başa vurmasına 2 ay qalmışdı.
Allah rəhmət eləsin!
Fərid
Baku Post