Türkiyədə Çorum ilində 200 kiloqramlıq küp tapılıb.
Bakupost.az xəbər verir ki, Çorumun Ortaköy səmtindəki Təpə ara məhəlləsində tarlasını gəzən fermerin ayağı sərt bir cisimə ilişib.
Torpağı qazan fermer nəhəng küpü gördükdə gözlərinə inana bilməyib.
1 metr uzunluğunda və 150-200 kiloqram ağırlığında olan küp səhahiyyətlilərin nəzarəti altında çıxarılaraq mühafizəyə götürülüb.
Arxeoloqlar tarixi hesab edilən küplə bağlı araşdırmalara başlayıblar.
Aygün
BakuPost
Belə tapıntılar Qafqaz Albaniyasına məxsusdur.Belə ki, Qafqaz Abaniyası müasir Azərbaycan, Ermənistan və Gürcüstanın bir hissəsi, həmçinin Cənubi Dağıstan ərazilərində mövcud olmuş tarixi dövlət. Eramızdan əvvəl təqribən IV–III əsrlərdə Makedoniyalı Iskəndərin Imperiyası dağılmasından sonra formalaşmış,eramızın VIII əsrində Ərəb xilafəti tərəfindən işğal edilmişdir. Paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhərləri olmuşdur. Eramızın IV əsrində xristian dinini rəsmi dövlət dini elan edən Alban dövləti mövcudluğunun sonuna qədər bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur.Tapıntı ilə əlaqədar-belə küpləri yerə basdıraraq üzümdən hazırlanmış çaxır(şərab) saxlayıbar.