Ru
23:00 / 10 Yanvar 2023

200 nəfər öz-özündən yanaraq ölüb - Səbəb nədir?

8918
İndiyə qədər tibb aləmində haqqında dəfələrlə danışılan, lakin səbəbi izah olunmayan bir sıra hallar olub. Onlardan biri də insanların öz-özünə yanmasıdır. Bəli, bu, ilk dəfə oxuyanlar üçün həm maraqlı ola, həm də inandırıcı olmaya bilər.

Bakupost.az xəbər verir ki, statistik göstəricilərə görə, son 300 ildə 200 nəfər heç bir kənar müdaxilə olmadan öz-özünə yanma nəticəsində ölüb. Hər şey tamamilə qaydasında və normal getdiyi halda insanlar birdən alovlanıblar.



Adelaide Universitetinin patoloqu Roger Byard bu hallar barədə danışarkən deyib: “Yanmış insanların əl-ayağı sağlam qalıb, bədəni və başı tamamilə yanıb külə çevrilib. Ətrafdakı mebellərə isə demək olar ki, ziyan dəyməyib.



İndiyə qədər bu vəziyyətdə həyatını itirən insanların bir ortaq cəhəti var - hadisədən dərhal əvvəl spirtli içki qəbul etmək. Bu ümumilik insanların öz-özünə yanmasının spirtli içki qəbulu ilə bağlı olduğunu göstərirdi. Lakin zaman keçdikcə bu fikir də dəyişdi və hadisələr piylənmə və bağırsaq qazları ilə əlaqələndirildi.



Patoloq Byardın bununla bağlı maraqlı bir nəzəriyyəsi var. Byard iddia edir ki, insanların yanması birdən baş vermir: “Bəli, insanların bədənləri yanır, lakin bunun özbaşına baş verdiyinə dair heç bir sübut yoxdur”.

Byard hesab edir ki, insanlar öz bədən yağlarına görə yanırlar. Bədən yağı, eyni spirt kimi alışqan təsiri göstərir və bədənin alovlar içində qalmasını təmin edir. Əl və ayaqlarda yağ az olduğu üçün tamamilə yox olacaq dərəcədə yanmır.



Əvvəlki hesabatlara nəzər saldıqda görürük ki, həqiqətən də bu yolda həyatını itirən insanların əl-ayağı sağlam qalıb. İndiyə qədər bu qəribə hadisəyə ən inandırıcı gələn Byardın nəzəriyyəsidir.

Ləman Hüseynzadə
Bakupost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər