Ru
18:10 / 09 İyul 2025

24 yaşlı qız evlilik təklifindən huşunu itirdi - Reanimasiyaya düşdü

24 yaşlı qız evlilik təklifindən huşunu itirdi -  Reanimasiyaya düşdü
Eye

Çexiyalı gənc cütlüyün Yunanıstana səfəri zamanı bədbəxt hadisə baş verib.

Bakupost.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Xəbər görə, gənc oğlan sevgilisinə evlilik təklifi etmək üçün gözəl bir məkan seçib. O, Lefkada adasının Enqluvi şəhərindəki Peyğəmbər İlyas kilsəsində diz çökərək evlilik təklif etdiyi anda 24 yaşlı qız huşunu itirib və yerə yıxılıb.

Qeyd olunur ki, nişanlısı dərhal kömək çağırıb və hadisə yerinə gələn həkimlər qızı xəstəxanaya yerləşdiriblər. Sonradan məlum olub ki, o, nadir rastlanan ağır insult keçirib.

Hazırda gənc turist xəstəxanadadır və onun vəziyyəti yaxşılaşmır. Həkimlər əlindən gələni etsə də, qız sözün əsl mənasında həyatla ölüm arasında mübarizə aparır.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar