Rusiyalı turist Balidə 25 metrlik şəlalədən yıxılaraq ciddi xəsarətlər alıb.
Bakupost.az xəbər verir ki, bu barədə Shot teleqram kanalı bildirib.
Məlumata görə, bədbəxt hadisə Ubudda baş verib. 34 yaşlı Viktor təkbaşına böyük bir şəlaləyə yollanıb, lakin yıxılaraq ağciyərini zədələyib və onurğasını sındırıb.
Hadisədən sonra o, yerli xəstəxanaya yerləşdirilib, lakin orada ona lazımi qayğı göstərilməyib. Həkimlər onun çağırış və xahişlərinə reaksiya verməyib. Bundan əlavə, rusiyalı kişi ağrıkəsicilərdən də məhrum qalıb.
Viktor kritik vəziyyətdə vətəninə evakuasiya edilib. Üstəlik, o, vizasının vaxtı keçdiyi üçün hava limanında 62 min rubl cərimə ödəməli olub. Hazırda yerli həkimlər ona zəruri tibbi yardım göstərir.
Lalə Novruz, BakuPost