Ru
18:56 / 10 İyun 2025

"28 May"ın modern dayanacaqları: Nə oturacağı var, nə daldalanacağı

"28 May"ın modern dayanacaqları: Nə oturacağı var, nə daldalanacağı
Eye

Bakı Dəmiryol Vağzalının və metronun "28 May" stansiyasının qarşısındakı ərazidə həyata keçirilən genişmiqyaslı abadlıq və yenidənqurma layihəsi vizual cəhətdən təsirli görünsə də, praktik istifadə baxımından o qədər də əlverişli deyil.

Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, yenilənmiş ərazidə ən böyük problem avtobus dayanacaqlarının tam funksional olmamasıdır.

Ümumi sahəsi 3.5 hektar təşkil edən bu ərazidə minik avtomobillərinin hərəkəti tamamilə məhdudlaşdırılaraq, müasir şəhərsalma standartlarına uyğun avtobus, piyada və velosiped zolaqları formalaşdırılıb. İki yeni dayanacaq da inşa edilsə də, bu dayanacaqlarda sərnişinlər üçün nə oturacaq yerlər, nə də hava şəraitindən - yağış və küləkdən qorunmaq üçün örtük mövcuddur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar