Ru
21:56 / 20 İyun 2025

3-cü dünya müharibəsindən narahatam... - Putin

3-cü dünya müharibəsindən narahatam... - Putin
Eye

Rusiya Prezidenti Vladimir Putin etiraf edib ki, üçüncü dünya müharibəsi təhlükəsindən narahatdır.

Bakupost.az xəbər verir ki, o, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında danışıb.

Dünyanın üçüncü dünya müharibəsinə doğru sürüşməsindən, o cümlədən İran və İsrail arasında qarşıdurma səbəbindən narahat olduğunu bildirən Rusiya lideri, münaqişənin həlli yollarını tapmağa çağırıb:

“Münaqişə üçün böyük potensial var və bu, getdikcə artır. Bu, birbaşa bizə də aiddir - Ukraynada yaşadığımız münaqişə. Və əlbəttə ki, biz İranın nüvə obyektləri ətrafında baş verənlərdən də çox narahatıq. Yaxın Şərqdə baş verənlər diqqət və münaqişənin, xüsusən də sülh yolu ilə - bütün istiqamətlərdə həlli yollarının axtarışını tələb edir. Bura toplaşmağımızın səbəblərindən biri də budur”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar