Ru
12:53 / 04 Aprel 2024

33 mindən çox ölü - Qəzzadan dəhşətli FOTOLAR

1896

Qəzzada can itkisi günü-gündən artır.


Bakupost.az xəbər verir ki, İsrailin tam blokadası altında olan Qəzzaya hücumlar davam etdir.

Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 181 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib.

Açıqlamada İsrail qüvvələrinin son 24 saatda daha 62 fələstinlini öldürdüyü, Qəzzada həyatını itirənlərin sayının isə 33 min 37-yə yüksəldiyi bildirilib.


Hücumlarda daha 91 fələstinli yaralanıb, yaralananların ümumi sayı isə 75 min 668-ə çatıb.

Səhiyyə Nazirliyi dağıntılar altında və yol kənarında ölənlərin olduğunu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyini vurğulayıb.




Aygün
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər