Hansı bank etibarlıdır? - SORĞU
Ru
11:03 / 26 Mart 2024

"4 kəndi qaytarmasaq, Azərbaycan İrəvana kimi irəliləyə bilər" - Paşinyan - VİDEO

6605
“Cümə günü axşam baş nazir Nikol Paşinyan parlamentin “Mülki müqavilə” fraksiyasının deputatları ilə növbəti qapalı görüş keçirib.

Bakupost.az Ermənistanın "Hraparak" nəşrinə istinadən xəbər verir ki, geniş tərkibdə keçirilən görüşdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan da daxil olmaqla, demək olar ki, bütün hökumət üzvləri iştirak edib.

“Məlumata görə, cümə günü keçirilən görüşdə “Ermənistanın inkişafına baxış” müzakirə edilib. Görüş iki saata yaxın davam edib və gərgin atmosferdə keçib. Hakim partiyanın bəzi deputatları Paşinyanın siyasəti ilə razılaşmadıqlarını bildiriblər. Onlar nəhayət, Ermənistanın “qırmızı xətlərini” müəyyən etməyə və hansı məsələlərdə Azərbaycanın tələblərindən imtina etməyin mümkün olduğunu deməyə çağırıblar", - deyə "Hraparak" yazır.

Qeyd olunur ki, planlaşdırılan görüş Ermənistanın Aİ-yə üzvlük müraciətinin növbəti dəfə müzakirə edilməsi üçün nəzərdə tutulub. Bununla belə, əsas müzakirələr Tavuş rayonu ilə sərhəddə Azərbaycana qaytarılmalı olan dörd yaşayış məntəqəsi ilə bağlı olub.

"Nikol Paşinyan açıq şəkildə etiraf edib ki, qısa müddət ərzində birtərəfli güzəşt olacaq. O, eyham vurub ki, yaxın günlərdə bu ərazilərdən üçüncü ordu korpusu çıxarıla, Azərbaycana məxsus olan 4 yaşayış məntəqəsi öz sahibinə qaytarıla bilər. Əks halda Azərbaycan öz məqsədlərinə hərbi yolla nail ola bilər", - deyə "Hraparak" bildirib.

Nəşr yazır ki, bəzi deputatlar xalqın bu addımı onlara bağışlamayacağını bildirib. Onlar qeyd edib ki, 4 kəndin Azərbaycana verilməsi ilə bağlı sənədi imzalamaqdansa, ərazilərdən müharibə yolu ilə imtina etmək daha yaxşıdır:

"Paşinyan isə bunu istəmədiyini deyib. Qeyd edib ki, Azərbaycanın yalnız özünün hesab etdiyi əraziləri ələ keçirməklə kifayətlənəcəyi, Loriyə, hətta İrəvana çatmayacağına zəmanət yoxdur.

Tavuşla bağlı müzakirələr zamanı bəzi deputatlar prosesdən sonra vəziyyətin dəyişə biləcəyi, Tavuşun birbaşa Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçəcəyindən narahat olduqlarını bildirsələr də, müdafiə naziri Suren Papikyan məsələ ilə bağlı öz fikrini bildirməyib".



Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar