Ru
16:01 / 03 Aprel 2024

50-60 gitara ifaçısı toplaşıb Rəmişi yad edəcəyik - Rəhman Məmmədli

4505
“Sabah mərhum Xalq artisti Rəmişin ildönümü münasibətilə bütün gitaraçılar onun məzarı başında toplanacaq. Bu təşəbbüsü mən irəli sürmüşəm”.

Bunu Bakupost.az -a açıqlamasında tanınmış gitara ifaçısı Rəhman Məmmədli deyib.

R.Məmmədli gitaranın ustad ifaçısı olan Rəmişin xatirəsini bu şəkildə anmağa qərar verdiklərini bildirib:

“Saat 12:00-da tədbirimiz baş tutacaq. Bir neçə gün sonra ona həsr edilən veriliş yayımlanacaq. Yəqin ki, sabah 50-60 nəfər gitara ifaçısı orda toplaşacaq. Məqsəd odur ki, bir Avropa alətinin Azərbaycanda sevilməsində, tanınmasında müstəsna xidməti olan Rəmişin anım gününü qeyd edək. Rəmiş haqq, biz isə hələ ki nahaq dünyanın sakinləriyik və o ünvan hamımızı gözləyir”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər