Ru
20:42 / 23 May 2025

5000 hərbçi, 700 ağır texnika SƏRHƏDƏ TOPLANDI

5000 hərbçi, 700 ağır texnika SƏRHƏDƏ TOPLANDI
Eye

Finlandiya Rusiyadan 20 km aralıda yerləşən Kymenlaakso bölgəsində “Karelian Qılınc 25” adlı hərbi təlimlərə başlayıb.

Bakupost.az xəbər verir ki, Rusiya mediası bildirir ki, iyunun 1-dək davam edəcək manevrlərdə Finlandiya, ABŞ və Böyük Britaniyadan olan 5000 hərbçi iştirak edir.

Təlimlərə Leopard 2A6 tankları da daxil olmaqla 700-dən çox ağır texnika cəlb olunub. Təlimlər hibrid münaqişə ssenarisi üzərində qurulub: burada kiberhücumlar, dezinformasiya kampaniyaları və çətin relyef şəraitində – meşəlik və bataqlıq ərazilərdə qoşunların koordinasiyası sınaqdan keçirilir.

Bununla paralel olaraq, Finlandiya “Smart Border” layihəsini də həyata keçirir. Layihə çərçivəsində 2026-cı ilin sonunadək Rusiya ilə sərhəddə 200 kilometrlik ərazi 4,5 metrlik ağıllı hasar və süni intellektlə idarə olunan müşahidə kameraları ilə təchiz ediləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar