Ru
17:13 / 17 Avqust 2026

“60-70 dəfə şikayət etdim, yenə düzəlmədi” – Avtobusda biabırçı görüntülər - FOTO

“60-70 dəfə şikayət etdim, yenə düzəlmədi” –  Avtobusda biabırçı görüntülər - FOTO
Eye

114 B nömrəli marşrut üzrə fəaliyyət göstərən avtobuslarla bağlı vətəndaş narazılığı yaranıb.

“Bakupost”a müraciət edən vətəndaş avtobusların gec gəlməsindən, bəzilərində isə oturacaqların sınıq olmasından şikayətlənib.

Şikayətçi deyir ki, problemlərlə bağlı AYNA-ya dəfələrlə müraciət edib. Onun sözlərinə görə, bu müraciətlərin sayı artıq 60-70-ə çatıb, lakin buna baxmayaraq, heç bir nəticə yoxdur:

“Yollar pis vəziyyətdir, başa düşürəm, yeni avtobusları istifadəyə vermək alınmır, lakin sınıq oturcaqları təmir etmək, intervalları azaltmaq mümkündür. Bu isə edilmir”.

Vətəndaş qeyd edir ki, avtobusların hərəkəti gecə saat 00:00-a qədər nəzərdə tutulsa da, bəzi günlər saat 23:00-dan sonra avtobus tapmaq mümkün olmur.

Məsələ ilə bağlı AYNA-dan “Bakupost”a bildirildi ki, daşıyıcı tərəfindən avtobusların dəyişdirilməsi nəzərdə tutulub.

Lalə Novruz, BakuPost




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar