Ru
21:07 / 04 Mart 2022

Abdin Fərzəliyev şəhid ailələri ilə görüşdü - FOTOLAR

Abdin Fərzəliyev şəhid ailələri ilə  görüşdü -  FOTOLAR
Eye

Abşeron Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayonun Məmmədli kəndində sakinlərlə səyyar qəbul-görüşü keçirilib.

Bakupost.az xəbər verir ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyasının Aberon Rayon Təşkilatının sədri, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

Abdin Fərzəliyev çıxış edərək rayon ərazisində hər həftə səyyar-qəbulların keçiriləcəyini bildirərək qeyd edib ki, burada məqsəd yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində lazimi addımların vaxtında atılmasıdır.

Kənd sakinləri çıxış edərək rayon icra başçısının kənd və qəsəbələrdə səyyar görüşlərinin keçirməsinin əhəmiyyətini vurğulayaraq kəndin yeni salınan məhəllələrinə içməli suyun verilməsinə, şəhidlərin adını daşıyan və eləcə də kənd daxili küçələrin abadlaşdırılmasında, kanalizasiya xəttinin çəkilməsində, plansız aparılan tikinti işlərinin dayandırılmasında, sahibsiz heyvanların ərazidən uzaqlaşdırılmasında, yeni məktəb və bağça binalarının tikilməsində köməklik göstərilməsini xahiş ediblər.

Abdin Fərzəliyev daha sonra Rayon İcra Hakimiyyətinin inzibati binasında bir qrup şəhid ailəsini və qaziləri qəbul edib. Qəbul zamanı şəhid ailələrinin və qazilərin qaldırdıqları problemlər, istəkləri dinlənilib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar