ABŞ Suriyanın cənubunda yerləşən Əs-Süveyda vilayətindəki böhranı sabitləşdirmək və bölgəyə müvəqqəti hökumətin təhlükəsizlik qüvvələrinin yerləşdirilməsinə şərait yaratmaq üçün İsrailə təzyiq göstərir.
Bakupost.az xəbər verir ki, bu barədə “Sky Nyus Arabia” telekanalı məlumat yayıb.
Məlumata əsasən, Vaşinqton Suriyada keçid dövrünün prezidenti Əhməd əş-Şəranı dəstəkləyir və İsrailin bölgədəki müdaxilələrini dayandırması üçün səylər göstərir.