Ru
10:42 / 30 Oktyabr 2025

ABŞ-də iki azərbaycanlıya 25 il həbs cəzası - Dissidentə sui-qəsd hazırlayıblarmış

ABŞ-də iki azərbaycanlıya 25 il həbs cəzası - Dissidentə sui-qəsd hazırlayıblarmış
Eye

ABŞ-də İranlı jurnalist və dissident Məsih Əlinejada sui-qəsd hazırlayan iki şəxs 25 il həbs cəzasına məhkum edilib.

Bakupost.az ABŞ mediasına istinadən xəbər verir ki, bu barədə Əlinejadın sözçüsü məlumat verib.

Şərqi Avropadan olan cinayətkar təşkilatın üzvləri Rafət Əmirov və Polad Ömərov Manhettendə federal məhkəmənin jürisi tərəfindən günahkar biliniblər. Onlar 2022-ci ilin yayında ABŞ-də yaşayan iranlı Əlinejada sui-qəsd etmək üçün İran rejimindən sifariş alıblar.

Prokurorluq hər iki şəxs üçün 55 il həbs cəzası tələb etmişdi. İttiham olunanların ikisi də Azərbaycan vətəndaşıdır.

Qeyd edək ki, 45 yaşlı Masih Əlinejad 2009-cu ildə İrandan qaçıb. O, 2014-cü ildən etibarən sosial mediada iranlı qadınları hicab taxmaq məcburiyyətinə qarşı çıxmağa təşviq edən kampaniyaları ilə tanınıb. Onun “X”də 500 mindən, “İnstagram”da isə 8 milyondan çox izləyicisi var.

Cavid, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar