Ru
14:25 / 30 Aprel 2025

ABŞ-dən Yəmənə hava hücumu: Sana və Saada bombalandı - FOTO

ABŞ-dən Yəmənə hava hücumu:  Sana və Saada bombalandı - FOTO
Eye

İranın dəstəklədiyi Yəməndəki husilər ABŞ hərbi təyyarələrinin paytaxt Sana və şimaldakı Saada şəhərinə hava hücumları təşkil etdiyini bildirib.

Bakupost.az xəbər verir ki, husilərə məxsus "Əl-Məsirə" telekanalının məlumatına görə, Saadanın Sahar rayonuna 4 hava zərbəsi endirilib.

"SABA" xəbər agentliyi isə Sana şəhərinin Bəni Matar, Bəni Haşiş və Həmədən rayonları da daxil olmaqla bir neçə ərazinin ABŞ təyyarələri tərəfindən hədəfə alındığını açıqlayıb. Hücumlar nəticəsində insan tələfatı və ya maddi ziyan barədə məlumat verilməyib.

Qeyd edək ki, husilər martın 7-də İsraildən Qəzzaya humanitar yardımların girişinə icazə verməsini tələb etmiş, əks halda dəniz əməliyyatlarını bərpa edəcəklərini bildirmişdi. ABŞ prezidenti Donald Tramp isə martın 15-də orduya Yəməndə husilərə qarşı “böyük hücum” əmri verdiyini açıqlamışdı.

Zəhra Məlikova,
BakuPost



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar