Ru
00:40 / 15 May 2025

ABŞ Qətərə təyyarə satdı - 200 milyard dollara

ABŞ Qətərə təyyarə satdı - 200 milyard dollara
Eye

Qətərdə səfərdə olan ABŞ Prezidenti Donald Tramp bu ölkənin əmiri Şeyx Təmim bin Həməd Əl-Tani ilə 1,2 trilyon dollar dəyərində iqtisadi mübadiləyə dair müqavilə imzalayıb.

Bakupost.az xəbər verir ki, həmçinin iki ölkə arasında ümumi dəyəri 243,5 milyard dollardan çox olan iqtisadi müqavilələrə imza atılıb. Bu çərçivədə


Qətər ABŞ istehsalçısı “Boeing”dən “Qatar Airways” üçün 200 milyard dollar dəyərində 160 təyyarə alacaq.

Həmçinin müqaviləyə əsasən Qətər və ABŞ arasında təhlükəsizlik sahəsində tərəfdaşlıq daha da gücləndirilir. “Raytheon” şirkəti ilə imzalanan bir milyard dollarlıq razılaşma Qətəri pilotsuz uçuş aparatları, “General Atomics” ilə bağlanmış 2 milyard dollarlıq müqavilə isə MQ-9B pilotsuz uçuş aparatları ilə təmin edəcək.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar