Almaniya, ABŞ-nin Kiyevə yardımı dayandırmasından, Rusiyaya qarşı sanksiyaları birtərəfli qaydada ləğv etməsindən və Rusiya Federasiyası ilə ticarətə yenidən başlamasından narahatdır.
Bakupost.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb.
Almaniyanın, Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Tramp arasında baş tutan telefon danışığından sonra bu vəziyyətdən narahatlıq keçirdiyi bildirilir.
"Atlantik" jurnalı daha əvvəl amerikalı rəsmilərə istinadən yaydığı xəbərdə Trampın Putinlə daha yaxın münasibətlər qurmaq istədiyini yazıb.
ABŞ rəsmiləri Trampın Moskva ilə münasibətləri normallaşdırmaq və Putinlə nadir torpaq minerallarını da əhatə edən bir ticarət müqaviləsini müzakirə etmək istədiyini bildiriblər.
Aysel,
BakuPost