Qəzza zolağında aclıq, susuzluq və dərman çatışmazlığı səbəbindən həyatını itirənlərin sayı 30-a yüksəlib.
Bakupost.az xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-nın sağlamlıq mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, Qəzza zolağının şimalındakı Beyt Lahiyadakı Kemal Advan xəstəxanasında daha bir uşaq aclıqdan həyatını itirib.
Bununla da Qəzzada aclıqdan ölənlərin sayı 30-a yüksəlib, əksəriyyəti uşaqdır.
Qeyd edək ki, BMT İsrailin intensiv hücumu altında olan Qəzza zolağında 2,3 milyon insanın aclıq təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq etmişdi.
Aygün
BakuPost