İyunda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər.
Bu barədə
Bakupost.az -a BQXK-nin Azərbaycan nümayəndəliyinin rəhbəi İlahə Hüseynova məlumat verib.
O qeyd edib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib:
“Onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb və onlar ailələrindən bağlamalar alıb”.
“Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir”, - BQXK rəsmisi əlavə edib.
Qeyd edək ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağın erməni separatçılarının “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, “xarici işlər naziri” olmuş David Babayan, eləcə də “parlament sədri” olmuş David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və “dövlət naziri” olmuş Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.