Ru
20:40 / 29 Fevral 2024

Alim Qasımov toya bu qiymətə gedir - Fantastik məbləğ

6930
Xalq artisti Natiq Şirinov rəhbərlik etdiyi "Natiq" ritm qrupunun toy qiymətlərini açıqlayıb.

Bakupost.az xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında paylaşım edib.

Nağara ustası quda olduğu xalq artisti Alim Qasımovla bərabər el şənliklərinə getdiyini bildirib. Şirinovun çıxışı üçün fantastik qonorar tələb etməsi diqqətdən qaçmayıb.

Belə ki, qonorar 1500 manatla 45 min manat arasında dəyişir. N.Şirinov toyda açılış və aş gətirmə mərasimi üçün 15 nəfərlik musiqiçinin iştirakı ilə 10 min manat tələb edir. Gəlin götürdü, açılış, aşgətirdi və yallı üçün musiqiçiyə 25 min manat, qavaldaşı üçün isə 17 min manat qonorar ödəməlisiniz.

Toyda Alim Qasımovun yer aldığə təqdirdə bu qiymət 30 min manata qədər yüksəlir. Qrupun "Premium paket" adlandırdığı xidmət nə az, nə çox, düz 45 min manat təşkil edir. Sözügedən xidmətə isə gəlingötürdü, N.Şirinov və A.Qasımovun iştirakı ilə açılış mərasimi, aşgətirdi və yallı daxildir.
Şərhlər
  • SM

    5 manatda vermərəm

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər