Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:41 / 26 Noyabr 2024

Almaniya müharibəyə hazırlaşır? - Yeraltı sağınacaq və bunkerlər qeydiyyata alınır

1079
Almaniya mülki şəxslərə təcili sığınacaq ola biləcək bunkerlərin siyahısını hazırlayır.

Bakupost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyi Rusiya ilə münasibətlərdə gərginliyin artması fonunda "The Guardian”a məlumat verib.

Nazirliyin nümayəndəsi bildirib ki, siyahıya təkcə yeraltı metro stansiyaları və dayanacaqlar deyil, həm də dövlət binaları və özəl obyektlər daxil olacaq. Vətəndaşların xüsusi proqram vasitəsilə onlara daxil ola bilməsi üçün bunkerlərin və sığınacaqların rəqəmsal Reyestrinin yaradılması nəzərdə tutulur. İnsanlardan evlərində sığınacaq tikmələri, zirzəmi və qarajları onlara çevirmələri istəniləcək.

Layihənin icra müddəti açıqlanmır, çünki mülki müdafiə Administrasiyasının və digər idarələrin vaxtı və iştirakı tələb olunur. Hazırda Almaniyada əsasən II Dünya müharibəsi və soyuq müharibə dövründə inşa edilmiş 579 bunker var.

Plan iyun ayında yüksək vəzifəli şəxslərin konfransında razılaşdırılıb və xüsusi bir təşəbbüs qrupu bunu edir. Daha əvvəl məlum olub ki, Estoniya, Latviya və Litva Rusiyanın ehtimal olunan işğalından "Baltik müdafiə xətti" yaradır. Onun əsas elementi Rusiya, Belarus və Rusiyanın Kalininqrad vilayətinin eksklavı ilə sərhədlərdə yaradılacaq min bunker olacaq.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar