Ru
15:26 / 30 May 2025

Ançelottinin təyinatında saxtakarlıq izi - Araşdırma başladı

Ançelottinin təyinatında saxtakarlıq izi -  Araşdırma başladı
Eye

FİFA Karlo Ançelottinin Braziliya millisinə baş məşqçi təyin olunması ilə bağlı araşdırmalara başlayıb.

Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssislə Braziliya Futbol Konfederasiyası (CBF) arasında müqavilənin bağlanması prosesində futbol agentlərinin fəaliyyət qaydaları pozulmuş ola bilər.

Bildirilib ki, italiyalı çalışdırıcının 1,2 milyon avro komissiya borcu olan nümayəndəsi Dieqo Fernandesin tərəflər arasındakı əməliyyatda vasitəçilik etmək üçün tələb olunan fərdi lisenziyası yoxdur.

FİFA CBF-dən D.Fernandezlə əlaqə saxlamağı və müqavilə ilə bağlı bütün məlumatları, həmçinin sözləşmənin surətlərini tələb edir.

Qeyd edək ki, K.Ançelotti mayın 12-də rəsmən Braziliya yığmasının baş məşqçisi təyin olunub.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar