Ru
10:39 / 22 May 2025

Antalyanın 1 ayda ixrac etdiyini Azərbaycan 4 ayda edir

Antalyanın 1 ayda ixrac etdiyini Azərbaycan 4 ayda edir
Eye

2025-ci ilin ilk 4 ayında Azərbaynın ixracı 8,7 mlrd. dollar olub, idxalımız isə 8,1 mlrd. dollar təşkil edib. Ticarət dövriyyəsində müsbət saldo cəmi 600 mln. dollar civarında olub, halbuki ötən illərdə bu rəqəm 6-8 mlrd. dollar civarında idi.

Bakupost.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

O qeyd edib ki, 2024-cü ilin ilk 4 ayı ilə müqaisədə ölkəyə idxal 2,6 mlrd. dollar artıb:
“Məsələn, ərzaq idxalı 100 mln. dollar artaraq 870 mln. dollara çatıb. Aqrar sektorda, meyvə-tərəvəzdə isə vəziyyət belədir: Azərbaycan bu ilin ilk 4 ayında xaricə 143 mln. dollarlıq meyvə-tərəvəz satıb, amma elə eyni dövrdə xaricdən 127 mln. dollara yaxın meyvə-tərəvəz almışıq. Bu sektorda müsbət saldo cəmi 16 mln. dollardır.
Türkiyənin bir tək Antalya bölgəsi hər ay meyvə-tərəvəz ixracından 140-150 mln. dollar qazanır, Azərbaycanın 4 ayda xaricə satdığını Antalya cəmi 1 aya satır”.

Ayxan,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar