Ru
15:43 / 23 Fevral 2023

“Apple Watch”da yenilik: Qan şəkərini ölçmək mümkün olacaq

9114
Ağıllı saat “Apple Watch”da qan şəkərini ölçmək mümkün olacaq.

Bakupost.az xəbər verir ki, bizə ürək döyüntüsünün ölçülməsi, yuxu izləmə və stress səviyyəsi kimi sağlamlıq məlumatları verən ağıllı saatlar gələcəkdə çox daha imkanlara sahib olacaq.

"Apple" tərəfindən buraxılan "Apple Watch" modellərində çoxlu sağlamlıq proqramları olsa da, ABŞ şirkəti onlara yenilərini əlavə etmək istəyir.

Britaniyanın sağlamlıq texnologiyaları şirkəti "Rockley Photonics" və "Apple" 3 ildir ki, qanda qlükoza ölçmə sensorlarını smart saat modellərinə gətirmək üçün çalışırlar.

Xəbərə görə, texnologiya nəhəngi bu mövzuda böyük irəliləyiş əldə edib. "Apple"ı hələ qarşıda uzun bir proses gözləyir, lakin sözügedən sistem tətbiq olunarsa, milyard dollarlıq sənayeni alt-üst edə bilər.

12 ildir ki, gizli layihə üzərində işləyən "Apple" bunu yüzlərlə insan üzərində sınaqdan keçirib.

"Apple" CEO-su Tim Cook, gələcək "Apple Watch" modellərinə daha çox sağlamlıq tətbiqi əlavə etmək istədiklərini, lakin bunu edərkən bəzi qurumlarla problem yaşamaq istəmədiklərini deyib.

Qeyd edək ki, bu yenilik üçün "Apple" hər ölkədən bir-bir icazə almalıdır. Əks halda, səhv ölçmələr istifadəçilərin ölümü ilə nəticələnə bilər.




Aygün
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər