Ru
22:51 / 17 İyul 2025

Arutyunyandan Azərbaycana qarşı gülünc - İTTİHAM

Arutyunyandan Azərbaycana qarşı gülünc - İTTİHAM
Eye

Ermənistanın Milli Şərab Mərkəzinin prezidenti Avaq Arutyunyan Azərbaycanı erməni konyakına qarşı “kampaniya” aparmaqda ittiham edib.

Bakupost.az xəbər verir ki, Rusiya dövlət standartlarına və qanunvericiliyinə uyğun gəlməyən erməni konyaklarının Rusiya bazarında payının 85 faizə yüksəlməsi erməniləri əməlli-başlı narahat edib.

Arutyunyan deyib ki, “Soyuzkonyak”ın başında Azərbaycan-Dağıstan nümayəndələri dayanır. Bu səbəbdən də onlar açıq şəkildə Rusiya bazarında erməni konyaklarının satılmasını istəmirlər və müxtəlif maneələr yaratmağa çalışırlar.

Arutyunyanın sözlərinə görə, Qarabağdakı son müharibədən və Ermənistan-Rusiya münasibətlərinin kəskinləşməsindən sonra rəsmi Moskva gözlənilmədən konyakın saxta olmaması ilə bağlı yeni tələb irəli sürüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar