74 yaşlı Joël Le Skouarnekə Fransa məhkəməsi 20 il iş kəsib. Niyə? O, 299 uşağı zorlayıb.
Morbihan cinayət məhkəməsi Le Skouarnekin azadlığa buraxılması üçün cəzanın ən azı üçdə ikisini çəkməsinə qərar verdi. Zorlanan uşaqların ortalama yaşı 11-dir. 158 oğlan, 141 qız uşağı bu manyak tərəfindən zorlanıb. Düşünün ki, adam hətta öz qız nəvəsini belə zorlamaqdan çəkinməyib. O, məhkəmədə qız nəvəsini zorladığını dedikdə uşağın valideynləri şok yaşayıb.
Bu barədə Britaniyanın “Standard.co.uk” saytı geniş məqalə təqdim edib.
Le Skouarnek 2005-ci ildə uşaqlara qarşı cinsi zorakılıq materiallarına sahib olmaq və həmin materialları idxal etməkdə təqsirli bilinib və 4 aylıq şərti həbs cəzasına məhkum edilib. Buna baxmayaraq, o, növbəti il xəstəxanada həkim yardımçısı kimi vəzifəyə təyin edilib.
Pedofil keçmiş cərrah əslində 2017-ci ildə həbs olunub. Növbəti illərdə isə o, yeni sübutlardan dolayı dəfələrlə məhkəmə qarşısına çıxarılıb.
Sayt xatırladır ki, Fransada Gisele Pelikotun (1952) işi dünyada daha çox məşhurdur. O, 2011-2020-ci illər arasında əri Dominik Pelikot tərəfindən zorlanıb. Belə ki, əri gizli şəkildə qadının bədəninə narkotik maddə yeridib. Qadın sadəcə əri tərəfindən yox, əri ilə birlikdə müxtəlif vaxtlarda 50 kişi tərəfindən təcavüzə məruz qalıb. Təcavüz zamanı huşsuz vəziyyətdə olan fransız xanım zorlanmasından çox sonra, özü də təsadüfən xəbər tutub. Belə ki, əri mağazadakı qadınlara aşırı maraq göstərdiyinə görə 2020-ci ildə polis tərəfindən saxlanılıb. Pelikotun kompüterindən xanımının təcavüzə məruz qaldığı video-görüntülər aşkara çıxıb...
Elbəyi Həsənli, Sürix