Ru
18:10 / 18 Dekabr 2024

Arvadını və yeddi yaşlı oğlunu qazla zəhərləməyə çalışdı

Arvadını və yeddi yaşlı oğlunu qazla zəhərləməyə çalışdı
Eye

Rusiyada ailə üzvlərini zəhərləməyə cəhd edən şəxs saxlanılıb.

Bakupost.az Xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Pavlovski Posad yaxınlığındakı Qribanovo kəndində baş verib.

Kənd sakini olan qadının sözlərinə görə, əri onları evdə bağlayıb və otağa naməlum qaz buraxıb. Zənglə hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları yeddi yaşlı uşağı və onun 29 yaşlı anasını qazla zəhərlənmədən xilas ediblər .

Zəhərləməyə cəhd göstərən şəxs saxlanılıb və onun barəsində cinayət işi açılıb. 53 yaşlı şübhəli günahını etiraf etməyib və həyat yoldaşının ona böhtan atdığını bildirib.

Lalə Novruz, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar