Ru
17:33 / 14 İyul 2025

Avropa İttifaqı Ermənistana yardım ayırdı

Avropa İttifaqı Ermənistana yardım ayırdı
Eye

Avropa İttifaqı Ermənistana 1,5 milyon avro məbləğində vəsait ayırıb. Bu vəsait ölkədə müstəqil medianın gücləndirilməsinə sərf olunacaq.

Bakupost.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüsselə səfərindən sonra hazırlanan yekun bəyanatda bildirilir .

Qeyd olunur ki, Aİ tərəfindən ayrılan bu vəsait Ermənistanın informasiya ekosisteminin dəstəklənməsinə xidmət etməlidir. Sənəddə, həmçinin, Avropa İttifaqının informasiya manipulyasiyası, xarici müdaxilə və mümkün kibertəhdidlərə qarşı mübarizədə respublikaya yardım etmək niyyətində olduğu vurğulanır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar