Avropa ölkələrinin Ukrayna məsələsinə yanaşması müharibənin davam etdirilməsinə yönəlib və bu, Rusiya ilə ABŞ-nin mövqelərindən ciddi şəkildə fərqlənir.
Bakupost.az qazeta.ru-a istinadən xəvər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Avropanın yanaşması balanslaşdırılmış deyil. Daha çox hərbi xarakter daşıyır, müharibənin davam etdirilməsinə yönəlib”, – deyə Peskov vurğulayıb.
Bundan əvvəl Almaniyanın xarici işlər naziri Yohann Vadeful bəyan etmişdi ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada atəşkəsi nəzərdən keçirməlidir, əks halda danışıqlara başlamaq mümkün olmayacaq. Onun sözlərinə görə, Moskva hərəkətə keçməsə, yeni sanksiyalar tətbiq ediləcək.
Aysel,
BakuPost