Ru
00:19 / 08 May 2024

“Avroviziya-2024” : Finala keçə bilmədik -Yeniləndi - VİDEO

2673

İsveçin Malmö şəhərində keçirilən 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalına yekun vurulub.

Bakupost.az xəbər verir ki, ifalardan sonra səsvermə keçirilib.

Səsvermənin nəticələrinə görə, Azərbaycanın yarışmadakı təmsilçiləri Fahree və İlkin Dövlətov mübarizəni yarımfinalda dayandırıblar.

Finala keçənlər isə Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya və Lüksemburq təmsilçiləri olub.

Qeyd edək ki, ikinci yarımfinal mayın 9-da keçiriləcək. Final isə mayın 11-də olacaq.

***

İsveçin Malmö şəhərində 68-ci "Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb.


Bakupost.az xəbər verir ki, birinci yarımfinalda 15 ölkə çıxış edəcək və onlardan 10-u əsas finala vəsiqə qazanacaq.

Azərbaycanı yarışmada təmsilçilər Fahree və İlkin Dövlətov "Özünlə apar” mahnısı ilə təmsil edirlər.

Onlar səhnəyə 12-ci çıxacaqlar. Qeyd edək ki, ikinci yarımfinal mayın 9-da keçiriləcək. Final isə mayın 11-də olacaq.

Xatırladaq ki, "Avroviziya”nın 68-ci müsabiqəsi bu il mayın 7, 9 və 11-də İsveçin Malmö şəhərində keçiriləcək.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər