Ru
11:03 / 19 İyul 2025

Avtomobil 67 yaşlı süpürgəçi qadını vurdu

Avtomobil 67 yaşlı süpürgəçi qadını vurdu
Eye

Mingəçevirdə avtomobil 67 yaşlı süpürgəçi qadını vurub.

Bakupost.az "Report"a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, sürücü 2005-ci il təvəllüdlü V.Salmanov avtomobillə yolu süpürən 1958-ci il təvəllüdlü R.Ağayevanı vurduqdan sonra idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.

Qəza nəticəsində qadın və sürücü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar