Ölkəyə idxal olunan avtomobillərin arxa, yan şüşələri zavod istehsalı qara, tünd şüşələr olduğu təqdirdə onların idxalında problemin yaranması ilə bağlı Ajans.az-a müraciət daxil olub.
Bakupost.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi Ajans.az-ın mövzu ilə bağlı ünvanladığı müraciətinə cavab olaraq, avtomobillərin gömrük rəsmiləşdirilməsi zamanı belə qadağanın olmadığını bildirib.
Yəni, arxa, yan şüşələri qara-tünd rəngli avtomobillərin ölkəyə daxil olması ilə əlaqədar heç bir məhdudiyyət yoxdur.
Rəsmi açıqlamadan belə qənaətə gəlmək olar ki, bu cür hallar ilə qarşılaşan vətəndaşlar və sahibkarlar bilməlidir ki, belə avtomobillərin idarə edilməsində heç bir qadağa tətbiq edilə bilməz. Hər bir şəxs bu tip avtomobilləri rahatlıqla idarə edə bilər.
Əgər, bu cür avtomobillərin idarə edilməsində heç bir problem yoxdursa və hər şey qanuna uyğun həyata keçirilirsə, belə avtomobillərin ölkəyə gətirilməsində də məhdudiyyət qoyula bilməz.