Ru
18:21 / 07 İyun 2024

AZAL Sofiyaya ilk reysini həyata keçirdi

1070
Bakı-Sofiya reysinin ilk təyyarəsi Bolqarıstanın paytaxtına eniş edib.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Bu gün “Azərbaycan Hava Yolları” QSC-nin Bakı-Sofiya birbaşa reysini həyata keçirən ilk təyyarəsi Sofiya Beynəlxalq Hava Limanına eniş edib. Təyyarə ənənəvi su tağı salamı ilə daha sonra xüsusi qarşılanma mərasimi ilə qarşılanıb", - paylaşımda qeyd edilib.

AZAL-ın məlumatına görə, Bakı-Sofiya-Bakı marşrutu üzrə uçuşlar çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov, “SOF Connect” şirkətinin baş direktoru Hesus Kabalyero, aviaşirkətin Satış və əməkdaşlıq idarəsinin Avropa regionu üzrə nümayəndəsi Kamran Qacar, eləcə də rəsmi qonaqlar və media nümayəndələri iştirak ediblər.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər