Ru
10:54 / 17 İyul 2025

“Azərbaycan bayrağı qadağan edilsin” – Rusiyalı deputatdan çağırış

“Azərbaycan bayrağı qadağan edilsin” – Rusiyalı deputatdan çağırış
Eye

“Ədalətli Rusiya” partiyasının lideri Sergey Mironov Rusiyada xarici bayraqların istifadəsinin məhdudlaşdırılmasını təklif edib.

Bakupost.az xəbər verir ki, Mironovun fikrincə, digər dövlətlərin rəsmi simvollarının nümayişi tez-tez diasporlar tərəfindən yerli əhaliyə qarşı özlərini fərqləndirmək və millətlərarası ədavəti qızışdırmaq məqsədilə istifadə olunur:

“İstənilən şəxs, istənilən yerdə istənilən dövlətin, istər Ukraynanın, istər ABŞ-nin, istərsə də Azərbaycanın bayrağını və ya gerbini asa bilər. Bu, qanunla qadağan olunmayıb. Ancaq bu fürsətdən Rusiyada yaşayıb, ölkə ilə ortaq birliyi hiss etməyən, əvəzində başqa bir ölkə ilə, onun dəyərləri və məqsədləri ilə həmrəyliyini vurğulayan insanlar istifadə edir”.

Qeyd edək ki, Mironov bundan əvvəl Moskvadakı bazarlarda diaspor nümayəndələrinin yoxlanılmasını da təklif etmişdi. O, baş prokuror İqor Krasnova müraciət edərək diasporlar və onlarla əlaqəli strukturların, o cümlədən Moskvanın ən iri bazarları olan "Sadovod" və "Food City"nin yoxlanmasını xahiş etmişdi.

Aysel,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar